|
- O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək.
- Oyan, ey qılınc, Çobanımın, yaxınımın üstünə get» Bəyan edir Ordular Rəbbi. «Çobanı vur, Qoyunları pərən-pərən olsun. Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.
- Bütün ölkədə Xalqın üçdə ikisi vurulub-öldürüləcək, Üçdə biri isə sağ qalacaq» Bəyan edir Rəbb.
- «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək.
|
|