Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 8  9  10  11  12  13  14   qeri  
  -1   [font8]   +1  
ZƏKƏRİYYƏ 14 [Azerbaycan]   
 
  1. Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər.
  2. Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək.
  3. O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək.
  4. O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək.
  5. Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək.
 
 
  1. O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq.
  2. Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq.
  3. O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq.
  4. Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq.
  5. Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq.
 
 
  1. İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq.
  2. Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək.
  3. O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək.
  4. Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq.
  5. Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq.
 
 
  1. Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək.
  2. Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq.
  3. Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək.
  4. Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək.
  5. O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq.
 
 
  1. Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı qalmayacaq».
 
   
  irəli  1  . . . 8  9  10  11  12  13  14   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.