Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4   qeri  
  -1   [font9]   +1  
MALAKİ 2 [Azerbaycan:NASB]   
 
  1. «İndi, ey kahinlər, bu əmr sizin üçündür».
  2. Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.
  3. Mən sizin nəslinizi məhv edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız.
  4. Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi.
  5. «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi.
  1. "And now this commandment is for you, O priests.
  2. "If you do not listen, and if you do not take it to heart to give honor to My name," says the LORD of hosts, "then I will send the curse upon you and I will curse your blessings; and indeed, I have cursed them already, because you are not taking it to heart.
  3. "Behold, I am going to rebuke your offspring, and I will spread refuse on your faces, the refuse of your feasts; and you will be taken away with it.
  4. "Then you will know that I have sent this commandment to you, that My covenant may continue with Levi," says the LORD of hosts.
  5. "My covenant with him was one of life and peace, and I gave them to him as an object of reverence; so he revered Me and stood in awe of My name.
 
 
  1. Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı.
  2. Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.
  3. Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi.
  4. «Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».
  5. Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?
  1. "True instruction was in his mouth and unrighteousness was not found on his lips; he walked with Me in peace and uprightness, and he turned many back from iniquity.
  2. "For the lips of a priest should preserve knowledge, and men should seek instruction from his mouth; for he is the messenger of the LORD of hosts.
  3. "But as for you, you have turned aside from the way; you have caused many to stumble by the instruction; you have corrupted the covenant of Levi," says the LORD of hosts.
  4. "So I also have made you despised and abased before all the people, just as you are not keeping My ways but are showing partiality in the instruction.
  5. "Do we not all have one father? Has not one God created us? Why do we deal treacherously each against his brother so as to profane the covenant of our fathers?
 
 
  1. Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi.
  2. Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.
  3. Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir.
  4. Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin.
  5. Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin.
  1. "Judah has dealt treacherously, and an abomination has been committed in Israel and in Jerusalem; for Judah has profaned the sanctuary of the LORD which He loves and has married the daughter of a foreign god.
  2. "As for the man who does this, may the LORD cut off from the tents of Jacob everyone who awakes and answers, or who presents an offering to the LORD of hosts.
  3. "This is another thing you do: you cover the altar of the LORD with tears, with weeping and with groaning, because He no longer regards the offering or accepts it with favor from your hand.
  4. "Yet you say, 'For what reason?' Because the LORD has been a witness between you and the wife of your youth, against whom you have dealt treacherously, though she is your companion and your wife by covenant.
  5. "But not one has done so who has a remnant of the Spirit And what did that one do while he was seeking a godly offspring? Take heed then to your spirit, and let no one deal treacherously against the wife of your youth.
 
 
  1. İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.
  2. Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.
  1. "For I hate divorce," says the LORD, the God of Israel, "and him who covers his garment with wrong," says the LORD of hosts. "So take heed to your spirit, that you do not deal treacherously."
  2. You have wearied the LORD with your words Yet you say, "How have we wearied Him?" In that you say, "Everyone who does evil is good in the sight of the LORD, and He delights in them," or, "Where is the God of justice?"
 
   
  irəli  1  2  3  4   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.